Ankara Tehrana nota verdi – İran səfiri XİN-ə çağırıldı

Türkiyə Xarici İşlər Nazirliyi Ankaradakı İran səfirini nazirliyə çağırıb.

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Məlumata görə, İran ərazisindən buraxılan ballistik raketlərin Türkiyə hava məkanına doğru istiqamət alması Ankara tərəfindən ciddi narahatlıqla qarşılanıb. Bu səbəbdən İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq izahat verməsi tələb olunub.

Görüşün təfərrüatları barədə rəsmi açıqlama gözlənilir.
  • Sosial şəbəkədə paylaş