Rusiyanın İrana göndərdiyi humanitar yardım Astara stansiyasına çatıb

İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin yük qatarı axşam saatlarında “Azərbaycan Dəmir Yolları” QSC-nin Astara stansiyasına daxil olub.

Əsasən tibbi vasitələrindən ibarət olan humanitar yükün ümumi çəkisi 300 tondan çoxdur. Yükün daha sonra İran ərazisində təyinat nöqtəsinə avtomobil nəqliyyatı ilə çatdırılması planlaşdırılır.
  • Sosial şəbəkədə paylaş