Aşura mərasimi hansı məscidlərdə keçiriləcək?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı, ilahiyyatçı alim hacı Fuad Nurullayev bildirib ki, regionların da əksəriyyətində Aşura mərasimi hər il keçirilir:

"Regionda yerləşən ibadət evlərində də sakinlər qaydalara uyğun olaraq Kərbəla şəhidlərinin əziz xatirəsini yad edəcəklər".

Qeyd edək ki, hicri-qəməri təqvimi ilə 1445-cü il başa çatıb, yeni 1446-cı ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2024-cü il iyul ayının 7-nə təsadüf edib. Aşura günü isə iyul ayının 16-da olacaq.
  • Sosial şəbəkədə paylaş