“Haber Global”ın altı yaşı tamam olur

2018-ci il sentyabrın 24-də yayıma başlayan “Haber Global” xəbər telekanalı fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycana aid bütün mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri öz auditoriyasına çatdırır.

Bununla yanaşı, yayımlanan verilişlər tamaşaçıların marağına səbəb olub, telekanal auditoriyasını Türkiyə və Azərbaycanda daha da genişləndirib. Fəaliyyəti dövründə televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda uğur qazanıb.
  • Sosial şəbəkədə paylaş