Sabah Sabirabadda əmək yarmarkası keçiriləcək

Oktyabrın 10-da Sabirabadda Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək yarmarkası keçiriləcək.

Yarmarkada işsiz və işaxtaran şəxslərə 150-dən çox vakansıya təqdim ediləcək.

Yarmarka Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi 8-də yerləşən rayon Mədəniyyət Mərkəzində baş tutacaq.
  • Sosial şəbəkədə paylaş