Metrodan gündəlik istifadə, xüsusən Bakı kimi böyük şəhərlərdə, ictimai nəqliyyatın ən səmərəli formalarından biridir.
BAKU.WS-ə istinadən xəbər verir ki, Bakı Metropoliteni şəhər daxilində böyük sərnişin axınına cavab verən əsas nəqliyyat vasitələrindən biri hesab olunur.
Metrodan istifadə insanların gündəlik həyatını asanlaşdırdığı kimi bu ictimai nəqliyyat növündən istifadə edərkən bəzi qaydalara riayət etmək vacibdir. Metroya yad əşyalar atmaq və ya zibilləmək qanunla ictimai nəqliyyatda qayda pozuntusu kimi tənzimlənir və bu cür davranışlara qarşı müxtəlif cəzalar nəzərdə tutulur. Azərbaycanda bu kimi qaydaların pozulmasına görə hüquqi məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.
y
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib ki, metrodan istifadə qaydalarına uyğun olaraq daima marifləndirmə işləri aparılır: "Metroya zibil qutuları qoyulmur. Bu, müntəzəm olaraq çatdırılır ki, əsas səbəb sərnişin təhlükəsizliyidir. Stansiyalar sanitariya və gigiyena baxımdan təmiz olması üçün lazım olan bütün tədbirlər görülür. Əlavə gün ərzində monitorinqlər aparılır. Metropolitenin sanitariya normalarına uyğun olaraq nəzarətdə saxlanılır və həftəlik olaraq stansiyalarda keçirilən iclaslarda xüsusi qiymətləndirmə aparılır. Bu məsələ daima diqqətdə saxlanıldığı üçün Bakı metropoliteni dünyada qabaqcıl olan ölkələr sırasında gedir. Metroda qaydaları pozanlarla bağlı bizim qurumun inzibati məsuliyyətə cəlb etmək səlahiyyəti yoxdur. Bu istiqamətdə adiyyəti qurumların tədbir görmək səlahiyyəti var".