Bu günlərdə ətin qiyməti yenə bahalaşıb. Bahalıq artıq Bakının kənd və qəsəbələrində də müşahidə olunur. Sakinlər bildirir ki, ötən il 13 manat 50 qəpiyə satılan mal ətinin qiyməti 15 manata çatıb.
Qəssablar bildirir ki, qiymət artımında onların hansısa rolu yoxdur və bu, yerlərdəki bahalaşma ilə əlaqədardır. Statistika göstərir ki, Azərbaycana ət idxalı ötən illə müqayisədə 36 faizdən çox artıb. Bu da onu göstərir ki, hökumət ölkədə ətin bahalaşmasının qarşısını almaq üçün müəyyən addımlar atır. Söhbət donmuş ətdən gedir. Beləliklə, iqtisadi şərtlərə görə Azərbaycanda ətin qiyməti ucuzlaşmalı idi. Biz Azərbaycanda bunu müşahidə etmirik. Nəticə çıxır ki, bahalaşma ya süni şəkildə edilir, ya da insanlar donmuş ət məhsullarını almaqda maraqlı deyillər. Eyni zamanda toyuq məhsullarının da qiyməti bahalaşıb. Ətə həsrət qalan vətəndaşlar toyuq məhsullarına da yaxın dura bilmirlər. Ekspertlər deyirlər ki, ətin qiyməti məsələsi nəzarətdə saxlanılmalı, əhalinin əlçatanlığı üçün müəyyən qiymət güzəştləri edilməlidir.
Əgər nəzarət olmasa, ətin qiyməti 20 manata kimi qalxa bilər.