Azərbaycanda zəlzələ oldu

Qubada 3,2 maqnitudada zəlzələ olub.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu bildirib.

Yeraltı təkanlar Quba stansiyasından 14 km cənub-qərbdə Quba rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib.
  • Sosial şəbəkədə paylaş