İlahiyyatçı “haramdır” deyir; hüquqşünas: “Dövlət ölmüş şəxsin dini mənsubiyyətinə uyğun olaraq sobada yandırılmasını təmin etməlidir”
Bir çox ölkələrdə vəfat edən insanların meyiti yandırılır, yəni kremasiya edilir. Asiya ölkələrində meyitlərin yandırılması ənənəsi Hindistan, Nepal, Çin, Yaponiya və Tailand, Şri-Lanka, Myanma ərazilərində yayğındır.
Əhalinin sıxlığı və torpaq çatışmazlığı səbəbindən hökumət insanları vəfat edən qohumlarını yandırmağa təşviq edir. Torpağın məhdud olması da bu addımın atılması üçün mühüm faktordur.
Azərbaycanda belə çağırışlar olsa da, əksəriyyət razılaşmır. Sosial mediada gedən müzakirələrdə meyitin yandırılması günah kimi qiymətləndirilir və vəfat etmiş şəxsin ruhunu incitmək kimi qəbul edilir. Ancaq son illər məzarlıqların sayında, qəbiristanlıqlar salınmasında problemlər var. Dinin şərtləri öz yerində, Azərbaycan qanunları meyiti yandırmağa icazə verirmi?
Dini məsələlər üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Dünyasını dəyişmiş insanın torpağa tapşırılması min illəri aşıb gələn dəfn adətləridir. Bu adət İslam dininin Azərbaycan ərazisində yayılmasına qədər mövcud olub. Azərbaycan əhalisinin mütləq çoxluğunu və dominant qismini təşkil edən qədim türklərdə ölüm həyatın davamlılığına və başqa bir dünyada yaşamağa keçiş kimi qəbul edilirdi. Bu səbəbdən yas mərasimləri və dəfn adətləri fərqli inanc sistemlərinə və sosial strukturun xüsusiyyətlərinə əsaslanırdı. Qədim türklər ölümdən sonra ruhların digər dünyaya keçməsinə inanırdılar. Ölən insanın ruhunun narahat olmaması üçün onun meyitinin müəyyən qaydalara uyğun şəkildə dəfn olunması vacib sayılırdı. Qədim türk inancı baxımından mövzuya yanaşanda ölən insanın meyitinin yandırılması praktikasına, demək olar ki, rast gəlinmir. İslam dini də ölən insanın meyitinin yandırılmasına qarşı çıxır. İslamın əsas təlimlərinə görə, ölən insanın nəşi sayğı ilə və dinin göstərişlərinə uyğun şəkildə dəfn edilməlidir. İnsanın nəşinin dəfn edilməsi qaydası başlanğıcını Qurani-Kərimdə Qabilin öz qardaşı Habili öldürdüyü hissəni açıqlayan "Maidə" surəsinin 31-ci ayəsindən alır. İslam alimləri də ölən insanın bədənin yandırılması məsələsində yekdil mövqe nümayiş etdirir, bunu haram sayırlar. Alimlərə görə, meyitlərin yandırılması insanların ruhuna qarşı sayğısızlıq olaraq qəbul edilir və ölüyə qarşı düzgün münasibət göstərilməyən bir davranış sayılır.
İnsanın yaradılışını bəyan edən hikmət onun torpaqdan yaradılmasında olduğu üçün dünyasını dəyişərkən də torpağa tapşırılması təbii haldır".