Bu gün Ağdərə rayonunun Həsənriz kəndinə köçən ailələrə evlərinin açarları təqdim olunub.
APA xəbər verir ki, açarların təqdim edilməsi mərasimində, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd olunub ki, bu gün Həsənriz kəndinə 25 ailə, 75 nəfər köçürülüb.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhramanov bildirib ki, işğaldan sonra Həsənriz kəndində yenidənqurma və bərpa işlərinə başlanıb. Artıq kəndə 50 ailə köçürülüb. Bundan sonra da köç mərhələli şəkildə həyata keçiriləcək.
Hazırda kənddəki fərdi yaşayış evlərində təmir işləri həyata keçirilir. Qısa zamanda Həsənriz kəndi elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib. Burada insanların yaxşı yaşaması üçün bütün zəruri infrastruktur qurulub.
Ağdərə sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Sakinlərə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.