Gədəbəydə qar uçqunu nəticəsində həlak olmuş əsgər Bərdədə dəfn edilib

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusu Bərdədə dəfn edilib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, 2005- ci il təvəllüdlü Həmidov Rüstəm vida mərasimindən sonra rayonun Güloğlullar kənd məzarlığında torpağa tapşırılıb.
  • Sosial şəbəkədə paylaş