Ölkə ərazisindən çıxışa məhdudiyyətin tətbiq olunması çox vacib bir məsələdir. Ara-sıra bu mövzu mediada və sosial şəbəkələrdə gündəmə gəlir. Bəzən vətəndaşlar belə bir informasiyanı öncədən əldə edə bilmədiklərindən narahatlıqlarını bildirirlər.
Musavat.com xəbər verir ki, Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri, millət vəkili Azər Allahverənov açıqlamasında bildirib ki, bu məsələdə müəyyən mexanizmlər mövcuddur:
“Tam əminliklə deyə bilərəm ki, Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində xüsusi bir portal var. Bu portal vasitəsilə şəxs öz şəxsiyyət vəsiqəsinə dair məlumatları daxil etməklə onun ölkədən çıxışına hər hansı bir məhdudiyyətin olub-olmadığını yoxlaya bilər. Bu portal işlək vəziyyətdədir və mən özüm dəfələrlə bu vasitə ilə bizə daxil olan müraciətləri yoxlamışam. Bəzi hallarda bir neçə qurum tərəfindən şəxsə çıxış məhdudiyyəti tətbiq oluna bilər. Qeyd edim ki, bu məhdudiyyət adətən məhkəmə qərarı əsasında tətbiq olunur. Amma elə hallar da ola bilər ki, hansısa qurum, məsələn, hüquq-mühafizə orqanı bu portalda informasiya yerləşdirmədən, müxtəlif səbəblərdən çıxışa məhdudiyyət tətbiq edir. Bu, əsasən təhqiqat və ya istintaq tədbirləri zamanı baş verə bilər”.