2025-ci ilin birinci rübü “Yello Bank” üçün uğurlu olmayıb. Aprelin 1-nə qurumun aktivləri ilin əvvəli ilə müqayisədə azalıb. Belə ki, bankın aktivləri 1 milyard 279 milyon 637 min manatdan 1 milyard 260 min 888 min manata düşüb.
“Yello Bank”ın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri də azalıb. 2024-ci ilin sonundakı 229 milyon 962 min manatdan aprelin 1-i tarixinə 213 milyon 309 min manata düşüb.
Maliyyə qurumunun banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcminə gəlincə, ilin əvvəlindəki 61,743.80 min manatdan birinci rübün sonuna 21,124.40 min manata düşüb. Bankın öhdəlikləri 2024-cü ilin sonundakı 1 milyard 135 milyon 645 min manatdan 2025-ci ilin ilk üç ayında 1 milyard 105 milyon 813 min manata qədər azalıb. Öhdəliklərin azalmasında əhalinin bankdan pullarını geri götürməsi rol oynayıb. Belə ki, maliyyə qurumunun depozit portfeli 2024-cü ilin son rübü ilə müqayisədə (928,774.35) 15 milyon 296 min manat azalaraq 913,477.90 min manata düşüb. Hesabat dövründə hüquqi şəxslər 24 milyon 337 min manatı bankdan çıxarıblar. Ümumilikdə bankın kredit portfeli 960,276.43 min manat, depozit portfeli isə 913,477.90 min manatdır.