AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub

Bakı-Moskva reysi üzrə uçuşlar bərpa edilib.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumatında qeyd edilib.

“Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub və artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir”, - məlumatda vurğulanıb.
  • Sosial şəbəkədə paylaş