Əfv hazırlığı tamamlanır

Gələn həftə Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi fonunda cəmiyyətdə əfv gözləntiləri artsa da, bu, yalnız Azərbaycan Prezidentinin qərarından asılıdır. Bu barədə Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.

Onun sözlərinə görə, hazırda Əfv Məsələləri Komissiyasının iclasları davam edir. Artıq altı iclas keçirilib, qarşıda növbəti iclas gözlənilir. “Bu iclasların keçirilməsi mümkün əfv sərəncamı üçün ilkin mərhələ kimi dəyərləndirilə bilər. Lakin yekun qərarın tarixi barədə qəti fikir söyləmək hüquqi baxımdan məqsədəuyğun deyil. Çünki bu, Prezidentin müstəsna konstitusiya səlahiyyətidir və son qərar məhz onun tərəfindən qəbul edilir”, - deyə Ə.Nuriyev bildirib.

Qeyd edək ki, Prezident yanında Əfv Məsələləri Komissiyasının altıncı iclasında 100-dən çox müraciətə baxılıb. Bununla da komissiya tərəfindən baxılan müraciətlərin sayı 700-ü keçib.

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün növbəti iclası mayın 16-da keçiriləcək. Bu barədə Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid məlumat verib. Qeyd edək ki, bu, komissiyanın sayca 7-ci iclası olacaq.
  • Sosial şəbəkədə paylaş