Mehdiabaddakı göldə balıqlar kütləvi şəkildə ölüb

Mehdiabadda yerləşən göldə balıqlar kütləvi şəkildə tələf olub.

Balıqların kütləvi şəkildə tələf olunmasının səbəbi hələki bilinmir.

Hadisə şahidlərinin verdiyi məlumata görə bu hal bir neçə gündür müşahidə olunur.

Qeyd edək ki, balıqların kütləvi şəkildə tələf olduğu göl Mehdiabadda, “Omar Atçılıq” istirahət mərkəzinin yanında yerləşir.

Məlumata görə həmin göldə daha əvvəl də bu hal baş verib.
  • Sosial şəbəkədə paylaş