Aynur Əsgərova — interyer dizayneri və "FL dekor dizayn" şirkətinin qurucusudur.
Məqaləmizin qəhramanı Aynur Əsgərova Quba şəhərində, ziyalı, hörmət, rəğbət qazanmış bir ailədə dünyaya gəlib və boya-başa çatıb.
Uşaq yaşlarından o, yaradıcı qabiliyyətini nümayiş etdirmiş, rəsm çəkməyi, əl işləri ilə məşğul olmağı və ətraf mühiti bəzəməyi çox sevmişdir. Onun əl işləri, təbii materiallardan — toxumlar, dəniz qabıqları, daşlar, meyvə çəyirtkələri, quru budaqlar və çiçəklərdən hazırlanmış unikal əsərlər Guba Mədəniyyət Evinin sərgilərində nümayiş olunmuş və ziyarətçilərin diqqətini cəlb etmişdir.
Ali təhsilini başa vurduqdan sonra bir neçə il ibtidai sinif müəllimi və Uşaq Yaradıcılığı Mərkəzində çalışmışdır. Həyatı boyunca öz istedadını, peşəkar bacarıqlarını inkişaf etdirməyə və ictimai fəaliyyətə böyük önəm vermişdir.

Vətənpərvərlik onun həyatında mühüm yer tutmuş, onu ruhlandırmışdır. Onun üçün ilham mənbəyi Gənclər Festivalında görkəmli dövlət xadimi, ümumulli lider Heydər Əliyevlə görüşü olmuşdur. Bu görüş onun güclü inamını artırmış və yaradıcılıq yolunda yeni motivasiya vermişdir.
İnteryer dizaynı sahəsində öz potensialını reallaşdırmaq istəyən Aynur Əsgərova "FL dekor dizayn" şirkətini qurmuşdur. Qısa müddətdə onun xidmətləri həm fərdi müştərilər, həm də dövlət müəssisələri və iri biznes strukturları arasında bəyənilmiş və tələbat yaratmışdır. Onun interyerləri düşünülmüş, rahat və orijinal olur. İşlərində təbii materiallardan geniş istifadə edilir; həmçinin müasir süni bitkilər — xüsusilə canlı bitkilərə bənzəyən və baxım tələb etməyən süni yaşıllıqlar çox populyardır. Bu yanaşma dizayna praktiklik və estetiklik qatır.

Aynur xanımın əsərləri çoxsaylı sərgilərdə nümayiş etdirilmişdir. Xüsusilə diqqət çəkən sərgilərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak etmişlər. Mötəbər qonaqlar sənətkarın stendlərinə xüsusi maraq göstərmişlər: hər bir əsəri diqqətlə incələyərək, səmimi heyranlıq ifadə etmişlər.
Ölkə rəhbərliyinin iştirakı ilə açılan "Ağdam Muğam Mərkəzi" tariximiz və mədəniyyətimiz üçün çox gözəl tədbir oldu. Bununla əlaqədar qeyd etmək lazımdır ki, mərkəzin dekorunu Aynur xanım tərtib etmişdir.
Onun uğurlu fəaliyyəti mətbu orqanlarında işıqlandırılıb, müxtəlif televiziya verilişlərində və YouTube kanallarında dəfələrlə təqdim olunmuşdur. O, bir neçə dəfə dizayn üzrə müsabiqələrin qalib, "Qlobal star award", "Vətənə xidmət", Azerbaijan design award", digər tanınmış fəxri diplom və mükafatların laureatı olmuşdur.

Ötəni ilin dekabrın 20-də Aynur xanım ''İntervyü' jurnalının redaksiiya heyyətinin qərarı ilə "İlin biznes siması' fəxri media mükafatı ilə təltif olunmuşdur.
"fl_dekor_dizayn" Instagram və tik-tok səhifələrində həyata keçirilmiş bəzi layihələrin portofoliosu ilə tanış olmaq mümkündür — zövqlə dekor olunan mənzillərdən tutmuş böyük korporativ məkanlara qədər müxtəlif nümunələr təqdim olunur. Ümumilikdə, dərin yaradıcı potensiala malik olan və bu imkanlarını ölkəsinin xeyrinə reallaşdıran nümunəvi şəxsdir. O, öz nümunəsi ilə ətrafındakılara ilham verir və çalışdığı sahənin inkişafına töhfə verir.
Aynur xanım ailəlidir. Onun bir oğlu və bir qızı var. Qızı tib kollecində mamalıq işi üzrə oxuyur, oğlu isə hazırda xarici universitetlərin birində yüksək texnologiyalar və süni intellekt üzrə təhsil alır. Eyni zamanda o valideynin yaradıcılıq istedadını mənimsəyib, rəssamlığı və heykəltəraşlıq sənətini öyrənib. İstedadlı gənc beynəlxalq səviyyədə tanınmaq, Azərbaycanlı adını yüksəltmək iddiyasındadır.