Azərbaycanda ilk “ASAN xidmət” mərkəzi 2012-ci il dekabrın 29-da fəaliyyətə başlayıb.
Prezident İlham Əliyevin 2017-ci il dekabrın 29-da imzaladığı Sərəncamla dekabrın 29-u ölkəmizdə “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
“ASAN xidmət” mərkəzlərinin yaradılması dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatların tərkib hissəsidir. “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Prezidentin müvafiq Fərmanına əsasən yaradılıb.
Həmin mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu - vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub. “ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır.
“ASAN xidmət” Azərbaycan vətəndaşı üçün yalnız xidmət aldığı bir məkan kimi qiymətləndirilə bilər. Lakin ASAN 4 ciddi istiqaməti əhatə edən unikal konsepsiyadır. Bunlar aşağıdakılardır:
- Korrupsiyaya qarşı Prezident İlham Əliyevin institusional islahatıdır;
- Vətəndaş hüquqlarının realizə edilmə konsepsiyasıdır;
- BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə cavab verən beynəlxalq səviyyədə tanınan platformadır;
- Rəqəmsal transformasiyanın əsas komponentidir.