Naxçıvanda çöl heyvanlarının sıx məskunlaşdığı ərazilərə 100 kiloqramdan çox daşduz yerləşdirilib

3 Mart - Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən Şahbuz rayonunun Biçənək kəndi yaxınlığında, çöl heyvanlarının sıx məskunlaşdığı dağlıq ərazilərə 100 kiloqramdan çox daşduz yerləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, biotexniki tədbirlər dağlıq ərazilərdə çöl heyvanlarının qidaya olan tələbatının qismən ödənilməsi məqsədilə zərurət yaranan digər ərazilərdə də həyata keçiriləcək.
  • Sosial şəbəkədə paylaş