Nərimanov rayonunda Novruz bayramı münasibətilə şənlik təşkil olunub

Nərimanov rayonu ərazisində yerləşən Nərimanov parkında möhtəşəm bayram şənliyi keçirilib.

Mənəvi irsimizi, milli dəyərlərimizi əks etdirən zəngin ənənələrə malik Novruz bayramı münasibətilə təşkil olunan şənlikdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, rayonun YAP təşkilatının sədri Elçin Quliyev, Bələdiyyə sədri Təmraz Tağıyev, hüquq-mühafizə orqanlarının, həmçinin digər idarə və təşkilatlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon sakinləri iştirak ediblər.

Şənlikdə qədim el adət-ənənələrimiz və Novruz rəmzləri olan səməni, müxtəlif şirniyyat nümunələri ilə bəzədilmiş bayram xonçaları və milli mətbəximizin ləziz təamları göz oxşayıb. Bayramın əsas personajları olan Kosa, Keçəl, Bahar qızı və digər personajlar tədbirə xüsusi zövq qatıb.

İştirakçılar müxtəlif sahələr üzrə öz məharətlərini nümayiş etdiriblər. Konsert proqramı çərcivəsində müxtəlif tamaşalar və oyunlar təşkil olunub. Daha sonra konsert proqramı bayram tonqalının alovlandırılması, gənclərin rəqsələri ilə davam edib.

Nərimanov rayonunda Novruz bayramı münasibətilə şənlik təşkil olunub
Nərimanov rayonunda Novruz bayramı münasibətilə şənlik təşkil olunub
Nərimanov rayonunda Novruz bayramı münasibətilə şənlik təşkil olunub
Nərimanov rayonunda Novruz bayramı münasibətilə şənlik təşkil olunub
  • Sosial şəbəkədə paylaş