Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Aprelin 12-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) verilən sifariş əsasında 110/10 kV-luq “Koroğlu” yarımstansiyası təmirə saxlanılacaq.

Bununla əlaqədar olaraq, yarımstansiyadan qidalanan ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Nəticədə Naxçıvan şəhərinin Bahadur Abbasov, İdris Məmmədov, Sabir, Yunis Məmmədov, Qoçüstü, Çənlibel və Yeni Naxçıvan yaşayış massivlərində, həmçinin 6, 9, 10 və 11-ci məhəllələrində saat 02:00-dan 05:00-dək elektrik enerjisinin verilməsində fasilə yaranacaq.
  • Sosial şəbəkədə paylaş