Metropoliten rəhbərliyi üzr istədi

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi bu gün yaranan problemlərlə bağlı sərnişinlərdən üzr istəyib.

Bu barədə qurumun sosial media hesabında paylaşım edilib.

Paylaşımda deyilir:

“Sərnişinlərin nəzərinə!

Bakı metropoliteninin fəaliyyəti bərpa olunub. Xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.

Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik”.

Qeyd edək ki, bu gün günorta saatlarında “Bakı Metropoliteni”nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə stansiyalarda sərnişinlərin təxliyəsi həyata keçirilib.
  • Sosial şəbəkədə paylaş