26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Xankəndi şəhərində yerləşən Zəfər Parkında bayram tədbiri keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən tədbir çərçivəsində Müdafiə Nazirliyinin hərbi orkestri Zəfər marşını ifa edib. Parkda səslənən marş bayram ab-havası yaradaraq, şəhər sakinlərinin böyük marağına səbəb olub. Sakinlər hərbçilərin ifasını alqışlarla qarşılayıb, dövlət rəmzlərinə və Azərbaycan Ordusuna hörmətlərini ifadə ediblər. Bayram tədbiri vətənpərvərlik ruhunun təbliği, Silahlı Qüvvələrə ehtiramın nümayişi baxımından xüsusi əhəmiyyət daşıyıb.
Qeyd edək ki, 26 İyun– Silahlı Qüvvələr Günü münasibətilə Xankəndi şəhərində hərbi yürüş də keçirilib.