Gülşad Məmmədova: Temperaturun 40-41 dərəcəyədək yüksəlməsinə səbəb ölkəmizə isti hava kütlələrinin daxil olmasıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun 40-41 dərəcəyə yüksələcəyi ilə bağlı xəbərdarlıq verib.

Xidmətin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında temperaturun yüksəlməsinin səbəbini cənubdan ölkəmizə isti hava kütlələrinin daxil olması ilə əlaqələndirib.

“Ölkəmizə isti hava kütlələrinin daxil olması nəticəsində Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan Mutar Respublikasının bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır”, - deyə G.Məmmədova qeyd edib.
  • Sosial şəbəkədə paylaş