Temperatur 8 dərəcəyədək enəcək

Azərbaycanda hava şəraitində nəzərəçarpacaq dəyişiklik başlayır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 26-dan 29-dək ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacaq, ayrı-ayrı yerlərdə leysan, şimşək və dolu ehtimalı var. Əsas diqqətçəkən məqam isə temperaturun əvvəlki günlərlə müqayisədə 4–8 dərəcə aşağı düşəcəyidir.
  • Sosial şəbəkədə paylaş