Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1" yarışı səbəbilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək.

Distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək.

Bu iş rejimi "Formula 1" trekinin həmin ərazidən keçməsi ilə əlaqədardır.

"Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
  • Sosial şəbəkədə paylaş