Növbəti köç karvanı Xocalıya çatıb

Вu mərhələdə Ağdərənin Vəngli kəndinə 10 ailə - 42 nəfər, Çıldıran kəndinə 15 ailə - 49 nəfər, Kolatağ kəndinə 2 ailə - 6 nəfər, Heyvalı kəndinə 1 ailə - 1 nəfər, Xocalının Badara kəndinə 4 ailə - 7 nəfər, Xanyurdu kəndinə 9 ailə - 32 nəfər, Xanabad kəndinə 8 ailə - 33 nəfər köçürülür.

Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.
  • Sosial şəbəkədə paylaş