Türkiyədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ səbəbindən bu ölkəyə istirahət üçün gedən Azərbaycan vətəndaşlarıın planlarında dəyişiklik edilə bilər. Belə ki, yay ayları üçün öncədən Türkiyəyə səfərlə bağlı rezervasiya edən azərbaycanlı səyahətçilər hazırda ödənişlərini tamamlamaq üçün bir müddət keçməsini gözləyirlər.
Bunu “Report”a turizm şirkətlərinin birinin rəhbəri Əziz Şiriyev bildirib.
Onun sözlərinə görə, Türkiyəyə səfər etmək istəyənlər tərəddüd içərisində olduqları üçün turpaketin tam ödənişini öncədən etmək istəmirlər:
“Məlumdur ki, öncədən edilən rezervasiyalar zamanı ödənişin bir qismi də ödənilə bilər, qalan hissəsi isə səfər başlananadək bağlanılır, tam şəkildə, birdəfəyədək də ödənilə bilər. Bu, turizm şirkəti ilə müştəri arasında razılaşmadan asılıdır”.
Ə. Şiriyevin məlumatına görə, baş verən zəlzələ istər Azərbaycandan, istərsə də dünyanın digər ölkələrindən Türkiyəyə olan səfərlərin azalmasına səbəb olub:
“Azərbaycanda turpaketlərdən imtina kimi bir məsələ hazırda aktual deyil. Türkiyəyə səfərlə bağlı rezervasiya edən müştərilərin gözləmə mövqeyini tutması seysmoloqların daha bir zəlzələnin olacağı ilə bağlı verdikləri proqnozlarla bağlıdır”.
Ə.Şiriyev qeyd edib ki, yaranmış vəziyyətlə bağlı daxili turlara maraq artıb.
Onun sözlərinə görə, Novruz bayramında adətən səyahətçilərimiz daha çox Dubaya, Avropa ölkələrinə və Misirə səfər etməyə üstünlük verirlər.