Ağstafada dəmir yolu xəttinin yaxınlığında yeniyetmənin meyiti tapıldı

Ağstafada 14 yaşlı yeniyetmənin meyiti tapılıb.

Bu barədə Azərbaycan Dövlət Dəmir Yolları məlumat yayıb.

Bildirilib ki, bu gün saat 18:20-də Ağstafa rayonu Tatlı stansiyasının dəmir yolu xəttinin yaxınlığında 2009-cu il təvəllüdlü Ağstafa rayonunun Köçəsgər kənd sakini Bayramov Elşən Elşad oğlunun meyiti aşkar olunub.
Hadisə barədə hüquq mühafizə orqanları dərhal məlumatlandırılıb və aidiyyəti üzrə araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş