Minik maşını dərəyə aşdı: Türkiyə vətəndaşları həlak oldular

Kəlbəcərdə minik maşını dərəyə aşıb, ölənlər və xəsarət alan var.

Oxu.Az-ın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb.

“Mitsubishi” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı Türkiyə vətəndaşları - 1977-ci il təvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelik hadisə yerində həlak olublar.

Xəsarət alan isə 1993-cü il təvəllüdlü M.Okumuşdur.

Qeyd edək ki, dərəyə aşan avtomobil Kəlbəcərdə fəaliyyət göstərən şirkətlərdən birinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş