Rusiya-Ukrayna danışıqlarının ikinci raundu martın 4-də baş tuta bilər

Rusiya-Ukrayna danışıqlarının ikinci raundu martın 4-də baş tuta bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya KİV-lərinə hökumətdəki mənbələrdən bildirilib.
Danışıqların növbəti mərhələsinin martın 2-də Belarusda keçirilməsi nəzərdə tutulmuşdu. Mənbənin məlumatına görə, Ukrayna tərəfi hələlik danışıqlarla bağlı müsbət cavab verməyib. Cavab olacağı təqdirdə, danışıqların martın 4-də baş tutacağı ehtimal olunur.
  • Sosial şəbəkədə paylaş