Laçında ağır qəza: İki nəfər öldü

Laçın rayonunda traktor aşıb, iki nəfər ölüb.

Тaxıl sahəsində Goranboy rayon sakini, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevin idarə etdiyi traktor aşıb.

Nəticədə traktordakı sərnişinlər - Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Kazım Abbasov və Samux rayon sakini, 1979-cu il təvəllüdlü Yusif Abışov hadisə yerində vəfat ediblər.

Traktoru idarə edən M.Əliyev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
  • Sosial şəbəkədə paylaş