"Türkiyə sonadək Azərbaycanla birlikdə olacaq"-Dövlət Baxçalı

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycana dəstəyini ifadə edib.

MHP sədri Türkiyənin sonadək Azərbaycanla birlikdə olacağını söyləyib:

“Can qardaşlarımız nə vaxt və harada istəsələr, polad bilək olacağıq, eyni mövqedə ətdən divar çəkəcəyik. Ankara ilə Bakının taleyi eynidir. Türkü türkdən ayıracaq nə bir sərhəd, nə də bir maneə var. Biz bir millət, iki dövlətik, vücudumuz ayrı olsa da, ruhumuz birdir.

Qarabağda şəhid olan qəhrəmanlar bizimdir. Rəhmət və ehtiramla yad etdiyimiz şəhidlər bizim şəhidlərimizdir",-deyə Baxçalı bildirib.
  • Sosial şəbəkədə paylaş