Şəhid Cəbrayıl Dövlətzadənin atası: “Bu gün qazilərimizə, veteranlarımıza baxanda onu görürəm”

“Xalq Vətən müharibəsi şəhidlərinin ziyarətinə gəlib, mənim övladımı da ziyarət edib, xatirəsini hörmətlə yad edir”.

Bu fikirləri şəhid Cəbrayıl Dövlətzadənin atası Dövlət Dövlətzadə deyib.

O bildirib ki, dəyərlərimizi, qəhrəmanlarımızı hər zaman olduğu kimi bu gün də unutmamalıyıq:

“Unutmaq bizim xalqa xas olan xüsusiyyət deyil”.

O, Anım Günü ilə əlaqədar şəhidlərin məzarını ziyarət edənlərə minnətdarlığını bildirib:

“Bu, bizə mənəvi dəstəkdir. Bu gün qazilərimizə, veteranlarımıza baxanda Cəbrayılı görürəm. Allah bir daha valideynlərə belə acı göstərməsin. Şəhid ailələri və qazilərə göstərilən dəstəyə görə Prezidentimizə, dövlətimizə təşəkkür edirəm”.
  • Sosial şəbəkədə paylaş