Müğənni Rəhim Rəhimli ilə vida mərasimi başlayıb

Müğənni, bəstəkar Rəhim Rəhimli ilə vida mərasimi başlayıb.

Media xəbər verir ki, mərasim R.Rəhimlinin Mərdanov qardaşları küçəsində qaldığı evdə keçirilir.

Yas məclisində mərhumun ailə üzvləri, yaxınları və sənət adamları iştirak edirlər.

Qeyd edək ki, prodüser Təranə Səmədova, rəqqasə Zara, müğənnilər Elvin Babazadə, Qurd ləqəbi ilə tanınan reper Fərid Eminov, Nihat Məlik, Şöhrət Məmmədov və müğənni-bəstəkar Murad Arif mərhumla vidalaşıblar.

08:31

Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb.

Bu barədə “Qafqazinfo”ya ifaçının prodüseri Həmzə Məmmədli açıqlama verib.

Onun sözlərinə görə, sənətçinin son zamanlar ürəyində problemlər olub. Bu səbəbdən Rəhim Rəhimli gecə saatlarında evində ürəktutmadan dünyasını dəyişib.

Prodüseri R.Rəhimlinin dəfn olunacağı yeri də açıqlayıb. O bildirib ki, mərhum sənətçi bu gün saat 12-də Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.
  • Sosial şəbəkədə paylaş