Parisdə şiddətli toqquşmalar olub

Fransanın paytaxtı Parisdə etirazçılarla polis arasında şiddətli toqquşmalar olub.

Xəbər verilir ki, etirazçılarla toqquşma zamanı 31 polis əməkdaşı yaralanıb.

İğtişaşlar zamanı bir neçə avtomobil yandırılıb, bir neçə mağazanın şüşəsi sındırılıb. Baş verənlərlə bağlı 11 nəfər saxlanılıb.

Qeyd edək ki, ötən gün Parisdə bir kişi odlu silahdan atəş açaraq 3 nəfəri öldürüb, daha 3 nəfəri yaralayıb. Ölənlərin kürd əsilli şəxslər olduğu bildirilir.
  • Sosial şəbəkədə paylaş