ABŞ və Çin liderlərinin görüş tarixi bəlli oldu

ABŞ Prezidenti Co Baydenlə Çin Xalq Respublikasının Sədri Si Cinpinin noyabrın 15-17-də San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu çərçivəsində görüşü gözlənilir.

Bu barədə Çin Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu görüş iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm rol oynaya bilər.
  • Sosial şəbəkədə paylaş