Bakıda Şimali Kipr Türk Respublikasının elan edilməsinin 40-cı ildönümü münasibətilə rəsmi ziyafət verilib.
Tədbirdə Şimali Kiprin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner, Milli Məclisin deputatları, siyasətçilər, diplomatik korpusun nümayəndələri, hərbi atteşelər, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.
Əvvəlcə hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Ziyafətdə çıxış edən U.Turqaner söyləyib ki, bütün çətinliklərə baxmayaraq Kipr Türk xalqı bu gün Şimali Kipr Türk Respublikasının bayrağı altında azad şəkildə yaşamaqdadır.