Medvedev Borreli axmaq adlandırdı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Aİ diplomatiyasının rəhbəri Josep Borreli axmaqlıq üzrə “böyük mütəxəssis” adlandırıb.

Belə ki, o, Borrelin Rusiyanın aprelin 1-də BMT Təhlükəsizlik Şurasına sədrliyi öhdəsinə götürməsinin “axmaqlar gününə uyğun gəlməsi”lə bağlı sözlərini şərh edib.

Medvedev Borrelin 1 Aprel Axmaqlar Günü üzrə böyük ekspert olduğunu bildirib. “Bu, onun günüdür”, - siyasətçi vurğulayıb.

Qeyd edək ki, Rusiya aprel ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edir.

Mənbə: TASS
  • Sosial şəbəkədə paylaş