Ceyhun Bayramov İordaniya səfirini qəbul edib

Avqustun 3-də xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfiri Sami Abdulla Goşehini ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüşdə iki ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
  • Sosial şəbəkədə paylaş