Ukrayna səfiri xalqımızı Azərbaycan dilində təbrik etdi

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Qurban bayramı münasibətilə Azərbaycanı xalqını təbrik edib.

O, bununla bağlı rəsmi “Facebook” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Dünya müsəlmanları, eləcə də Ukraynada yaşayan müsəlmanlar Qurban bayramını qeyd edirlər. Bu bayram mənəvi birlik və həmrəylik rəmzidir. Qardaş Azərbaycan xalqı, bayramın mübarək!”
  • Sosial şəbəkədə paylaş