Türkiyənin təhsil naziri Azərbaycana gəlib

Türkiyənin təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Medianın məlumatına görə, bu barədə Türkiyənin təhsil qurumunun “Twitter” hesabında xəbər verilib.

Məlumatda bildirilib ki, yanvarın 30-da nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Daha sonra Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub.
  • Sosial şəbəkədə paylaş