Vətəndaşlarımız niyə təyyarə ilə təxliyə edilmirlər?

“Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərər çəkən vətəndaşlarımızın ölkəmizə təyyarələrlə təxliyəsi barədə hələlik bir qərar yoxdur”.

Bunu medianın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, baş vermiş hadisə ilə əlaqədar hava limanları sərnişin təyyarələrini qəbul etmir:

“Eyni zamanda, təyyarələrin əksəriyyəti yük təyyarəsidir və müəyyən çətinlik yaşana bilər. Vətəndaşlarımızın təxliyəsi avtobuslarla olacaq”.
  • Sosial şəbəkədə paylaş