Sülhməramlıların avtomobilləri Xankəndi yolunda maneəsiz hərəkət edirlər

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 8 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bununla da bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 63-ə çatıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
  • Sosial şəbəkədə paylaş