İcra başçısının qəbuluna gələn fermer niyə cəzalandırıldı? - RƏSMİ AÇIQLAMA

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin Muradxanlı kəndində keçirilən qəbulundan sonra iştirakçılardan (yerli sakin - red.) biri saxlanılıb.

Qəbulda iştirak etmiş 1961-ci il təvəllüdlü fermer İmişli rayon Su kanal İdarəsinin direktoru Dəyanət Kazımovun onu hədələdiyini iddia edib. Fermer bildirib ki, idarə direktoru ona məxsus torpaq sahəsinə su verilişini təmin edən boruları çıxararaq suyun verilməsini dayandıracağını bildirib.

İcra başçısının qəbuluna gələn fermer niyə cəzalandırıldı? - RƏSMİ AÇIQLAMA
İmişli rayon İcra Hakimiyyətindən mediaya bildirilib ki, fermer müəssisə rəhbərinə qarşı nalayiq ifadələr işlətdiyi üçün tərəflər arasında mübahisə yaranıb və barəsində hüquq-mühafizə orqanlarına müraciət edilib:
  • Sosial şəbəkədə paylaş