"Samsung"un baş direktoru vəfat etdi

"Samsung Electronics" şirkətinin baş direktoru Han Conq-Hee vəfat edib.

Şirkət 63 yaşlı Hanın infarktda öldüyünü təsdiqləyib.

37 il "Samsung"da işləyən Han 2022-ci ildən şirkətin vitse-prezidenti və baş icraçı direktoru vəzifəsində çalışırdı.
  • Sosial şəbəkədə paylaş