Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR

"Şəki Yaylası" istirahət mərkəzində faciəli şəkildə ölənlərin kimliyi məlum olub.

Həlak olanların Qax rayon sakini, 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov olduğu bildirilir.

İlkin məlumata görə, faciə Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində qurğunun trosunun qırılması nəticəsində baş verib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş