Türkiyənin Konya vilayətinin Səlçuqlu rayonunda üçmərtəbəli bina qəfil çöküb.
Musavat.com xəbər verir ki, hadisə ilə bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə xilasedicilər, təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. DHA agentliyi dağıntılar altından iki nəfərin sağ çıxarıldığını, lakin digər insanların da qalıb-qalmadığını müəyyənləşdirmək üçün işlərin davam etdiyini açıqlayıb.
Hazırda axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam edir.