Avropa aviaşirkətləri qarşı çıxdıqları bir sıra qaydaları, o cümlədən sərnişinlərə hər uçuşda iki ədəd pulsuz əl baqajı vahidi daşımağa icazənin verilməsi planlarını ləğv etmək məqsədilə Böyük Britaniya və Brüsselə təzyiq göstərmək üçün yanacaq qiyməti böhranından istifadə edirlər.
Lobbi qrupları siyasətçiləri sənayenin illərdir mübarizə apardığı bir sıra tədbirlərdən, o cümlədən yeni baqaj daşınması qaydalarından, ətraf mühit rüsumlarından və sərnişinlərə kompensasiya sistemlərində dəyişikliklərdən imtina etməyə çağırırlar. Onlar iddia edirlər ki, bu cür tələblər artıq Aİ və Böyük Britaniyadan olan aviadaşıyıcılarını çətin vəziyyətə salır. Tələblər son həftələrdə baş verən aviasiya yanacağı qiymətlərinin ikiqat artmasının öhdəsindən gəlməyə kömək etmək üçün ləğv olunmalıdır.
Ən nəzərəçarpan dəyişikliklər arasında sərnişinlərin kiçik baqajdan əlavə, daha böyük əl baqajı predmetini təyyarədə pulsuz daşımalarına icazə verilməsinin lazım olub-olmaması məsələsinə Avropa Parlamentində baxılması da yer alıb.
“British Airways” kimi bəzi aviaşirkətlər artıq buna icazə versə də, aşağıbüdcəli daşıyıcılar iddia edirlər ki, bu, onları bilet qiymətlərini qaldırmağa məcbur edəcək və təyyarələrin enişdən sonra növbəti uçuşa sürətli hazırlığa əsaslanan biznes modelləri üçün çətinlik yaradacaq.
Sənayenin nümayəndələri, həmçinin aviaşirkətlərin bölgəyə girməzdən əvvəl daha ucuz yanacaqla doldurulmasına imkan verməyən “havada yanacaqdoldurma” qaydalarına dəyişikliklərin edilməsini istəyirlər.