Akademik Zərifə Əliyevanın xatirəsi yad edildi

Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, tibb tarixində adı əbədiləşmiş fədakar alim, qayğıkeş insan Zərifə xanım Əliyevanın anadan olmasından 103 il keçir.

Bu münasibətlə səhiyyə naziri Teymur Musayev və nazirliyin rəhbərliyi 2026-cı il aprelin 28-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müdrik rəhbər, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.

Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və təzə çiçəklər düzülüb.

Görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.
  • Sosial şəbəkədə paylaş